Xaçmazda soyğunçuluqla məşğul olan cinayətkar qrupun bir üzvü də yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Xaçmaz şəhərində, şəhər sakini Ələmdar Zeynalova yumruqla xəsarət yetirib içərisində 14.000 manat, 24.000 dollar, 262.000 rubl və mobil telefonu olan çantasını ondan almış qrupun digər üzvü, Bakı şəhər sakini Famiq Qurbanov Bakı şəhərində saxlanılıb və Xaçmaz RPŞ-yə təhvil verilib.
Famiq Qasımova məxsus “Zastava” tipli tapança və 15 ədəd patron, onun tanışı, Bakı şəhər sakini Əli Əhmədov tərəfindən könüllü olaraq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilib.