Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Elbrus Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elbrus Cavadov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elbrus Cavadov Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, Sumqayıtda sərnişin avtobuslarında və ticarət obyektlərində cibgirliklə məşğul olub.