Cəzaçəkmə müəssəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən məlumatına görə, Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.3; 180.2.4 və 180.2.5 maddələrinə əsasən həbs edilən Asif Hafiz oğlu Nadirovun görüşünə gəlmişşəxsin çantasında qadağan edilmiş əşya aşkarlanıb. Şirvan şəhər sakini Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilərkən qara rəngli idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilməsi məlum olub. Çantanın daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma başlanıb.