
Narkotik bitki yetişdirənlər saxlanıldı
Çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Asif Sadıqovdan 13 ədəd, Afiz Mirzəyevdən 12 ədəd, Elçin Hacıyevdən 8 ədəd və Xəyal Vəliyevdən 2 ədəd olmaqla, ümumlikdə 35 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Gəncədə 17 yaşlı qız dəm qazından boğulub öldü
4 mart 2025 , 21:21
Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB
4 mart 2025 , 20:22
Acun Ilıcalı və Sadettin Sarana qarşı iddianamə hazırlandı - Qanunsuz mərc oyunlarına görə
4 mart 2025 , 19:44
Ağdamda evdən meyit tapıldı
4 mart 2025 , 19:43
Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09