Oktyabrın 11-də gecə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində həmyerlisi Nizar Duniyevi qətlə yetirən şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Bayramov tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1974-cü il təvəllüdlü Pərviz Bayramov tutulub.
Pərviz Bayramov 1976-cı il təvəllüdlü Nizar Duniyevi qısqanclıq zəminində qətlə yetirib.
*****
10.19
Azərbaycanın Cəlilabad rayonunda qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Göytəpə şəhərində qeydə alınıb.
Şəhər sakini, 1974-cü il təvəllüdlü Pərviz Mirzəağa oğlu Bayramov münaqişə zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Nizam Rail oğlu Diniyevi bıçaqlayaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.