Cəbhə xəttində vəziyyət gərginləşib
17 may 2013 09:44 (UTC +04:00)

Cəbhə xəttində vəziyyət gərginləşib

 

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi  atəşə tutublar. Ağdam rayonunun Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar