Cəbhə xəttində monitorinq keçiriləcək
28 avqust 2014 14:07 (UTC +04:00)

Cəbhə xəttində monitorinq keçiriləcək

0

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 29-da Tovuz rayonu Ağdam kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. 
 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar