Çardaqdan yıxılan yaşlı kişi öldü
05 iyul 2019 14:31 (UTC +04:00)

Çardaqdan yıxılan yaşlı kişi öldü

Zaqatalada 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
 
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala şəhəri, A. Həmidov küçəsi ev 160 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Məmmədəli Aşur oğlu Soltanov ötən gün axşam saat 18 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
 
Tibb müəssisəsindən APA-ya bildirilib ki, müayinə zamanı 65 yaşlı M. Soltanovun yaşadığı evin çardağında iş görən zaman yıxılaraq ağır qapalı kəllə-beyin travması alması məlum olub. Həkimlərin səyinə baxmayaraq M. Soltanovun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar