Çaqqallar Əlibəyliyə hücum edib
10 avqust 2015 14:07 (UTC +04:00)

Çaqqallar Əlibəyliyə hücum edib

Zərdab rayonunda kəndə vəhşi heyvanların hücumu qeydə alınıb. APA-nın yerli bürosunun kənd sakinlərinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Mustafa Əhmədovun fərdi təsərrüfatına hücum çəkən çaqqallar çoxlu sayda hinduşka və toyuq-cücəni, Fəridə Qasımovaya məxsus tövlədə isə 1 baş buzovu parçalayaraq tələf ediblər.

 

Yerli sakinlər Kür sahilində yerləşən Əlibəyli və ətraf  kəndlərdə tez-tez analoji hadisələrin baş verdiyini bildirirlər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar