Canavarlar 40-dan çox xırdabuynuzlu heyvanı parçaladı
22 mart 2019 22:27 (UTC +04:00)

Canavarlar 40-dan çox xırdabuynuzlu heyvanı parçaladı

0
 
Zaqatalada canavarlar fermaya hücum edib.
 
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvan parçalanıb.
 
R.Məmmədov ONA-ya açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12 tələf olub, qalanları isə yaralıdır.
 
Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1078

Oxşar yazılar