Budapeştə "Dolu" düşdü
08 iyun 2013 18:12 (UTC +04:00)

Budapeştə "Dolu" düşdü

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tanınmış yazıçı, millət vəkili Aqil Abbasın Dağlıq Qarabağda erməni  işğalçılarına qarşı mübarizədən bəhs edən “Dolu” romanının motivləri əsasında çəkilmiş eyni adlı filmin Budapeştdə nümayişini təşkil edib.

 

Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Tədbirdə çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi, onun ölkəmizə vurduğu böyük maddi və mənəvi zərər, iyirmi ildən bəri işğal altında qalan Azərbaycan torpaqları, qaçqınlar problemi barəsində məlumat verib. Ssenari müəllifi, yazıçı Aqil Abbas son illər Azərbaycan kinosunun uğurlu nümunələrindən sayılan “Dolu” filmi üzərindəki yaradıcı işdən danışıb. Filmin nümayişində Macarıstan Parlamentinin üzvləri, diplomatlar, media təmsilçiləri, yaradıcı adamlar, Azərbaycan diasporunun  və macar ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar