Bu qanunu pozanlar cəzalandırılacaq
01 iyul 2019 12:48 (UTC +04:00)

Bu qanunu pozanlar cəzalandırılacaq

 
 
“Ali təhsil haqqında” qanunun pozulmasına görə məsulliyyət müəyyənləşib.
 
APA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində bildirilib.
 
Yeni sənədin 35-ci maddəsində (Qanunun pozulmasına görə məsuliyyət) göstərilib ki, “Ali təhsil haqqında” qanunun tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
 
Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi barədə sənəd Milli Məclisin iyulun 2-də Elm və təhsil komitəsinin iclasında müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Oxşar yazılar