Böyük Britaniya vətəndaşı özünü 12-ci mərtəbədən atıb - BAKIDA
28 avqust 2015 11:08 (UTC +04:00)

Böyük Britaniya vətəndaşı özünü 12-ci mərtəbədən atıb - BAKIDA

0

Azərbaycanın paytaxtı Bakı şəhərində intihar hadisəsi baş verib.

 

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “ABU PETROL” yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə  alınıb.

 

Böyük Britaniya vətəndaşı, 1976-cı il təvəllüdlü Elizabet Adamuku yaşadığı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən özünü ataraq intihar edib.

 

Polisdən həmçinin bildirilib ki, intihar edən şəxsin hamiləliyi bir müddət əvvəl pozulub və o, bu səbəbdən depressiyaya düşüb. Xarici vətəndaşın məhz bu səbəbdən intihar etdiyi ehtimal edilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar