Boşanmış qadın intihara cəhd edib
17 may 2014 12:37 (UTC +04:00)

Boşanmış qadın intihara cəhd edib

0

Gəncə şəhər sakini dərman içərək özünü zəhərləyib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəhər sakini R.Seyfullayeva ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilə nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, R.Seyfullayeva bir neçə ay öncə həyat yoldaşından boşandığı üçün özünü öldürmək məqsədilə 10 ədəd müxtəlif antibiotik həb qəbul edib.

Faktla bağlı Gəncə şəhər Nizami Rayon Polis İdarəsində araşdırma gedir.   

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1081

Oxşar yazılar