
Azərbaycanda axtarışda olan 28 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi Azərbaycanda sentyabrın 12-nə olan kriminogen statistikasını açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, gün ərzində törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən müəmmalı qalan 11 cinayətin açılması təmin edilib.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
27 nəfər isə cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Oxşar yazılar

Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38
9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı
6 iyun 2025 , 17:50
Qurbanlıq dana onu satan sahibini öldürdü - İNANILMAZ OLAY
6 iyun 2025 , 15:55
Pişiyi xilas etmək istəyən qız 13-cü mərtəbədən yıxıldı
6 iyun 2025 , 13:50
Şamil Basayevin dəstə üzvlərinə HÖKM OXUNDU
6 iyun 2025 , 13:05
Polis rəisi və jurnalist həbs edildi
6 iyun 2025 , 12:41
İki erməni Azərbaycan ərazisinə keçdi - İDDİA
6 iyun 2025 , 12:30