Bu gün Bolqarıstanın baş naziri Boyko Borisov parlamentdə hökumətin istefaya getdiyini bəyan edib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Boyko Borisov deyib ki, aksiyaçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verdiyinə görə hökumət üzvü olmaq niyyətində deyil.
Qeyd edək ki, Bolqarıstan əhalisi kommunal xidmətlərin bahalaşmasına etiraz əlaməti olaraq aksiyalar keçirir. Boyko Borisov deyib ki, hakimiyyəti onlara xalq verib və bu gün hakimiyyəti xalqa qaytarırlar.