Biri hərbçi olmaqla 3 nəfər özünü öldürüb
31 may 2013 09:46 (UTC +04:00)

Biri hərbçi olmaqla 3 nəfər özünü öldürüb

Şəmkir rayonunda bir gündə 3 intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İrmaşlı kənd sakini 1951-ci il təvəllüdlü Nağıyev Hikmət Cahangir oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Digər hadisə isə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Abbasov Ceyhun Saleh oğlu özünü yaşadığı mənzildə asaraq intihar edib.

 

 

Daha bir intihar hadisəsi isə Şəmkir Hərbi birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehdiyev Samir Vaqif oğlu özünü asaraq intihar edib.

 

Hər bir fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Nizam Rza

Oxşar yazılar