Bir sərxoş sudan çıxarılıb
26 iyun 2013 22:12 (UTC +04:00)

Bir sərxoş sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda, (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 500 metr məsafədə nəzarət olunmayan ərazidə) bir nəfər sərxoş olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib.

 

Lent.az-ın  qurumun saytına istinadən məlumatına görə, o,Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub,

 

Əməliyyat saat 20:17-də başa çatıb.

# 450
avatar

Oxşar yazılar