Bakıda bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.
Əməliyyat saat 19:00-da başa çatıb.