Bir neçə rayona təbii qazın verilişi dayandırılıb
09 iyul 2013 21:01 (UTC +04:00)

Bir neçə rayona təbii qazın verilişi dayandırılıb

Bu gün günorta saatlarından aran bölgəsinin bir neçə rayonuna təbii qazın verilişi dayandırılıb. APA-nın yerli bürosunun Ucar qaz istismar idarəsinin baş mühəndisi Vüqar Zamanovdan aldığı məlumata görə, bu gündən etibarən Ucar, Zərdab və Göyçay rayonlarına təbii qazın verilişi tamamilə dayandırılıb. Buna səbəb 1200 diametrlik yüksək təzyiqli  Hacıqabul – Qazax qaz borusunda aparılan təmir işləridir. V.Zamanovun sözlərinə görə, təmir işləri təxminən 2–3 günə başa çatacaq, bundan sonra adı çəkilən rayonlara təbii qazın verilişi təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490
avatar

Oxşar yazılar