Bir ailənin 5 üzvü zəhərləndi
22 iyul 2013 01:23 (UTC +04:00)

Bir ailənin 5 üzvü zəhərləndi

Göyçayda 5 nəfər qidadan zəhərlənib. Hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

 

Göyçay rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, Çaxırlı kənd sakinləri - 1963-cü il təvəllüdlü Sahib Məmmədov, 1969-cu il təvəllüdlü Cəmilə Məmmədova, 1989-cu il təvəllüdlü Çinarə Məmmədova, 1991-ci il təvəllüdlü Təksanə Məmmədova və 1996-cı il təvəllüdlü Zaur Məmmədov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

 

Onlar ötən gün şam yeməyi zamanı zəhərləniblər. Həkimlərin səyi nəticəsində bu gün səhər xəstələrdən 4-nün vəziyyəti yaxşılaşıb və onlar həkim nəzarəti altında evdə müalicələrini davam etdirirlər.

 

Təksanə Məmmədova isə xəstəxanada müalicə olunur.

 

Onların hansı qidadan zəhərləndiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Oxşar yazılar