Binəqədi polisi Bakıda maşınları qarət edən şəxsi saxlayıb.
APA-nın məlumatına görə, polis əməkdaşları 24 yaşlı Binəqədi rayon sakini Məmmədov Adil Qəzənfər oğlunu gecə saatlarında "28 May" metro stansiyası yaxınlığında avtomobillərdən birini qarət edən zaman tutublar.
Polis idarəsinə gətirilən A.Məmmədov ilkin dindirilmə zamanı cinayətini etiraf edib. Məlum olub ki, bu onun ilk oğurluğu deyil. Bundan əvvəl də o, bir neçə dəfə paytaxtın müxtəlif yerlərində maşınları qarət edib. Hətta oğurluq etdiyinə görə məhkumluq həyatı da yaşayıb. Dindirilmə zamanı Adil Məmmədov bildirib ki, maşınların şüşələrini daşla sındırıb, qapısını açırmış. Daha sonra oradan oğurladığı qiymətli əşyaları, pulları və maşının hissələrini "qara bazar"da dəyər-dəyməzə satırmış.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə araşdırma aparılır.