Bilgəhdə zibillikdən meyit tapılıb
05 mart 2015 12:26 (UTC +04:00)

Bilgəhdə zibillikdən meyit tapılıb

0

Bakıda zibillikdə kişi meyiti tapılıb.

 

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Polis ölən şəxsin fotosunu da APA-ya təqdim edib.

 

Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar