Biləsuvarda qadın bədbəxt hadisənin qurbanı olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 20-də Biləsuvar şəhərində yaşayan Elnarə Cəfərova evinin yaxınlığındakı kanala düşüb və epilepsiya xəstəsi olduğundan boğulub. Onun meyiti sudan çıxarılıb.