Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda sərhəd zolağı boyunca 550 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlıqdakı ümumi sahəsi 200 kv.m olan inzibati bina yanğından mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.