Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kanalda tapılan cəsədin avqustun 5-də İmişli rayonu, Çaxırlı kəndində kanalda batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olması müəyyənləşdirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumatda bildirilir.
***
13:34
Biləsuvarda kanaldan meyit tapılıb. Lent.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonu ərazisində kanalda insan cəsədi aşkarlanıb.
Cəsədin 05.08.2017-ci il tarixində İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oqtay oğluna məxsus olduğu ehtimal edilir. Əlavə məlumat veriləcək.