Beynəlxalq axtarışda olan azərbaycanlı tutuldu
13 mart 2015 11:11 (UTC +04:00)

Beynəlxalq axtarışda olan azərbaycanlı tutuldu

0
Beynəlxalq axtarışda olan azərbaycanlı martın 12-də Qazaxıstanda tutulub.

 

APA-nın “Novosti-Kazaxstan” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bir sıra cinayətlərdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb. Yerli polisin verdiyi məlumata görə, ərazidə “Axtarış” adlı dövlətlərarası genişmiqyaslı əməliyyat keçirilib.

 

Nəticədə qanunsuz silah-sursat əldə etmə, oğurluq, odlu silah saxlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 46 yaşlı azərbaycanlı saxlanılıb.

 

O müvəqqəti saxlanma təcridxanasına göndərilib. 

 

Saxlanılan şəxsin adı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar