Gənclər üçün Təhsil Mərkəzi Qurban Bayramı münasibəti ilə Beyləqanda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzində tədbir keçirib. Lent. az-ın məlumatına görə, tədbirdə əsasən həmin Mərkəzə cəlb olunub, çətin həyat şəraitində yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak ediblər.
Çıxış edən qonaqlar Qurban Bayramının əsas mahiyyətinin xeyirxahlıq, paklıq, Allaha inam və sevgi olduğunu diqqətə çatdıraraq, hər kəsi təbrik ediblər.
Sonra tədbirdə iştirak edən uşaqlara Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi adından bayram hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib, xüsusi istedadı olan uşaqların musiqi, rəsm və bədii qiraət qabiliyyətləri nümayiş olunub.