Sabirabad rayonunda beşinci mərtəbədən yıxılan 3 yaşlı uşaq sağ qalıb. Bu barədə APA-ya Sabirabad rayon xəstəxanasından məlumat verilib.
Məlumata görə, oktyabrın 13-də H.Əliyev prospekti 2, mənzil 50 ünvanında kirayə yaşayan ailənin 3 yaşlı uşağı 5-ci mərtəbədən eyvanından yıxılıb. 2011-ci il təvəllüdlü Məmiyev Ağan Əfraz oğlu Sabirabad rayon xəstəxanasına çatdırılıb.
Uşağa sol bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Həkimlərin bildirdiyinə görə, uşağın həyatı üçün təhlükə yoxdur.
Ayağı gipsə qoyulduqdan sonra uşaq evə buraxılıb.
Əlibəy Zeynallı