Bərdə rayonunda silahlı insident baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayon sakini Tahirə Əzizova həmyerlisi Əvəz Rüstəmova ov silahından atəş açıb. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Qadın Əvəz Rüstəmovu Darğalar kəndinin yaxınlığında, yolda güllələyib. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Tahirə Əzizova həmyerlisi və qonşusu olan 19 yaşlı Əvəz Rüstəmovu söyüş üstündə güllələyib. Bildirilir ki, qonşular arasında hələlik dəqiqləşdirilməmiş səbəblərdən mübahisə düşüb.
Tərəflər arasında məhkəmə çəkişməsinin də olduğu bildirilir. Araşdırmalar davam etdirilir.