Bərdədə baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb
15 sentyabr 2019 21:52 (UTC +04:00)

Bərdədə baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

0

 

Bərdə rayonu ərazisində yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınmış hadisə zamanı yük daşıyan "Ford" markalı mikroavtobus arxadan "Hyundai" markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1973-cü il təvəllüdlü Mahmudova Səbinə Kamal qızı yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1289

Oxşar yazılar