İyunun 11-də Şamaxı şəhərində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şamaxı şəhər mərkəzi bazarının qarşısında Namiq Zərbəliyev həmyerlisi Şahsuvar Mikayılova tüfənglə atış açıb. Xoşbəxtlikdən Ş.Mikayılov xəsarət almayıb.
N.Zərbəliyev tutulub və ondan tüfəng götürülüb.