Bayram günlərində paytaxtda təcili tibbi yardıma 2300 müraciət olub.
Bunu Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə deyib.
O bildirib ki, ötən illə müqayisədə çağırışların sayı azalıb: “Ötən il 2900 yaxın müraciət vardısa, bu il müraciətlərin sayı 600-dən çox azalıb”.