Bayram günlərində Bakıda 16 yol qəzası baş verib. Bu barədə Lent. az-a Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şaxmalıyev məlumat verib. Onun sözlərinə görə, martın 19-dan 24-dək baş vermiş yol qəzaları nəticəsində 3 nəfər ölüb: “ 16 nəfər xəsarət alıb, onların 13-ü xəstəxanalara yerləşdirilib ”- deyə, o, əlavə edib.
Baş həkimin müavini onu da vurğulayıb ki, bayram günlərində zəhərləmə ilə də bağlı təcili yardıma müraciət edənlər olub.