BAXCP seçkidə iştirakla bağlı qərarını açıqlayacaq
05 avqust 2013 15:39 (UTC +04:00)

BAXCP seçkidə iştirakla bağlı qərarını açıqlayacaq

Avqustun 5-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə edilib.

 

İlk məsələ Güney Azərbaycanda yaşayan və sayı 35 milyondan çox olan Azərbaycan türklərinin milli-mədəni hüquqlarını dinc yolla müdafiə etdikləri üçün qanunsuz həbsə atılan və rejimin insan hüquq və azadlıqlarına zidd davranışlarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirən Yeni GAMOH təşkilatının liderləri Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrlə bağlı olub. Qeyd olunub ki, soydaşlarımızın hüquqları uğrunda mübarizə aparan milli fəallar artıq bir aya yaxındır ki, aclıq aksiyası keçirirlər və fasiləsiz davam edən aksiya nəticəsində onların səhhətində ciddi problemlər yaranıb: “BAXCP Güney Azərbaycan türklərinin hüquq və azadlıqları uğrunda yorulmadan mübarizə aparan Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehrin fədakarlığını yüksək dəyərləndirir və onları millətimizin gələcəyi naminə mübarizələrini davam etdirmələri üçün aclıq aksiyasını dayandırmağa çağırır”.

 

BAXCP hesab edir ki, milli fəallarımız dözümün, qətiyyətin və fədakarlığın ən yüksək nümunəsini nümayiş etdirməklə millətimizin qürur yerinə çevriliblər: “Lakin fədakar soydaşlarımızın sağlamlığı bütün Azərbaycan türkləri üçün mühüm əhəmiyyət kəsb edir və xalqımızın onlara böyük ehtiyacı var”.

 

BAXCP İslamın müqəddəs dəyərlərindən öz antihumanist mahiyyətini pərdələmək üçün istifadə etməyə çalışan İran rejimindən Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarına sayğı ilə yanaşmağa, repressiyalara, təzyiq və təqiblərə son qoymağı tələb edib.

 

BAXCP bütün beynəlxalq təşkilatları İranda baş verən proseslərə diqqətlə yanaşmağa, İranın mövcud rejiminin sayı 35 milyondan çox olan Güney Azərbaycan türklərinə qarşı həyata keçirdiyi repressiyalara "yox" deməyə, rəsmi Tehrandan siyasi məhbusların tez bir zamanda azad olunmalarını tələb etməyə çağırıb.

 

İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ isə partiyanın prezident seçkisinə hazırlığı ilə bağlı olub. Qeyd olunub ki, artıq Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin keçiriləcəyi tarixi elan edib və avqustun 9-dan seçki kampaniyasına start verilir. Bu baxımdan və BAXCP-nin sonuncu qurultayının qərarına uyğun olaraq partiyanın Ali Məclisinin sessiyası çağırılmalı və BAXCP-nin seçkilərdə iştirakı barədə yekun qərar verilməlidir. Müzakirələrin nəticəsi olaraq, BAXCP Ali Məclisinin avqustun 11-də çağırılması ilə bağlı qərar qəbul edilib. Ali Məclis BAXCP-nin mərkəzi mənzil-qərargahında baş tutacaq.

 

İdarə Heyətinin iclasında Ali Məclisin müzakirəsinə çıxarılacaq bir sıra məsələlər, o cümlədən, partiyanın ayrı-ayrı strukturlarının əsasnamələrinə və reqlamentlərinə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər də müzakirə olunub.

 

Qeyd edək ki, BAXCP-nin sonuncu - III Qurultayında partiyanın sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56