Basesku “doğun!” dedi, ölkə qarışdı...
20 iyun 2013 18:21 (UTC +04:00)

Basesku “doğun!” dedi, ölkə qarışdı...

Rumıniya prezidenti Trayan Baseskunun rumın qadınları qaraçılarla müqayisə edərək çoxlu uşaq dünyaya gətirməsini tövsiyə etməsi ölkəni qarışdırıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün hüquq-müdafiə təşkilatları paytaxt Buxarestdə etiraz aksiyası keçirib.

 

Qeyd edək ki, dünən Trayan Basesku “Business Woman” jurnalının təşkilatçılığı ilə qadınlarla görüşündə onları doğmağa çağırıb: “Tək 3-4 uşağı olan qaraçılar deyil, rumın qadınlar da bu vəzifəni yerinə yetirmək üçün çalışmalıdırlar. Əks halda doğum səviyyəsi sürətlə aşağı düşəcək və 2030-cu ildə ölkə əhalisinin sayı 20 milyon nəfərdən 15 milyon nəfərə qədər azalacaq”.

 

Hüquq-müdafiə təşkilatları hesab edir ki, bu cür müqayisə təhqiramizdir. Trayan Baseskuya ünvanlanan birgə bəyannamədə qeyd edilir ki, prezidentin sözləri vətəndaşların qüruruna toxunmaqdır və müxtəlif vətəndaş kateqoriyalarına qarşı diskriminasiyadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681
avatar

Oxşar yazılar