Rüstəm İbrahimbəyovun sədri olduğu Kinematoqrafçılar İttifaqı ilə bağlı Vergilər Nazirliyində başlanmış cinayət işinin yekunlaşaraq Baş Prokurorluğa verilməsi barədə xəbərlərə rəsmi münasibət bildirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-nın sorğusuna cavabında bildirib ki, qeyd edilən cinayət işi üzrə istintaqın yekunlaşması və cinayət işinin Baş Prokurorluğa təqdim olunması barədə bəzi KİV-lərdə yayılan məlumatlar yalandır: “Hazırda həmin iş üzrə istintaq Vergilər Nazirliyində davam etdirilir”.
Qeyd edək ki, bəzi KİV-də Kinematoqrafçılar İttifaqı ilə bağlı Vergilər Nazirliyində başlanmış cinayət işinin yekunlaşaraq Baş Prokurorluğa verilməsi barədə məlumatlar yayılıb