Baş məşqçinin qardaşının məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxışı aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, Xudadatov Vahib Fəxrəddin oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. V.Xudadatovla cinayət əlaqəsində olan şəxslər də istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Cinayət işində 27 zərərçəkmiş var.
Xatırladaq ki, V.Xudadatov "Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır.
666