Azərbaycan Ordusunda ölüm faktı baş verib.
APA-nın xəbərinə görə, hadisə Naxçıvan Muxtar Respublikasında (MR) qeydə alınıb. İstirahət günü axşam saatlarında Naxçıvan MR-də yerləşən “N” saylı hərbi hissənin kapitanı, 1983-cü il təvəllüdlü Seyidov Faiq Əliheydər oğlu Babək rayonunun Uzunoba gölündə balıq tutarkən buz qırılıb, suya düşən zabit boğularaq ölüb.
Bir saat sonra onun meyiti göldən çıxarılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya
faktı təsdiqləyib.