Balakən rayonunda yaşayış evinə basqın edən maskalı şəxslər yaxalanıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 18-də Balakən rayonunun Talalar kəndində yaşayan Xəlifə Yolçuyevin evinə açıq qalmış qapıdan girmiş şəxsiyyəti məlum olmayan 4 nəfər (onlardan 3-ü maskalı olub), onu və ailə üzvlərini bıçaqla hədələyərək pul tələb ediblər, pul olmadığı bildirildikdən sonra isə oradan 1 ədəd mobil telefon və açar götürərək hadisə yerini tərk ediblər.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qullar kənd sakini Mübariz Yetimov və Bakı şəhər sakini Güləli Abdullayev yaxalanıb, digərlərinin isə şəxsiyyəti müəyyən edilib.