Balakən sakini 1,2 kq marixuana satarkən tutulub
24 yanvar 2015 02:48 (UTC +04:00)

Balakən sakini 1,2 kq marixuana satarkən tutulub

Külli miqdarda narkotik vasitə satan Balakən rayon sakini həbs edilib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

 

Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Ziyəddin oğlu Umarov narkotik vasitə hesab olunan 1 kiloqram  232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.

 

Faktla bağlı Balakən RPŞ-də  CM-nin  234.4.3 maddəsi ilə cinayət işi başlayıb, Balakən rayon məhkəməsinin qərarı ilə Şamil Umarov  barəsində həbs- qətimkan qərarı çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar