Bakıda yol çöküb
04 noyabr 2014 17:33 (UTC +04:00)

Bakıda yol çöküb

 Bakının Xətai rayonunda Babək prospekti ilə Telnov küçəsinin kəsişməsindəki yolda çökmə baş verib.

 

Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

Onun sözlərinə görə, ASC-nin müvafiq müəssisəsi tərəfindən yolun həmin hissəsinə müvəqqəti olaraq lazımi material doldurulub.

 

“Çökən yol lazımi materiallarla doldurulub. Lakin hava şəraiti normal olmadığı üçün qurumun əməkdaşları çökmüş yolda araşdırma apara bilməyiblər. Araşdırma aparmaq üçün həmin yer tam qazılıb çıxarılmalıdır. Bir müddət öncə orada kommunikasiya xətlərində də problem olub. Vaxtilə o yolda yeddiyə yaxın boru köçürülüb. Araşdırmalar göstərir ki, çökmüş yolda su yol yatağını yuyub. Yaxud da kommunikasiyaların köçürülməsi zamanı düzgün kipləşdirmə işləri aparılmayıb. Təbii ki, əgər düzgün kipləşdirmə işləri aparılmayıbsa, orada çökmə baş verməlidir”, - deyə P. Mürsəliyev bildirib.

 

P. Mürsəliyev qeyd edib ki, yolun çökmüş hissəsi lazımi materiallarla doldurulsa da, həmin ərazidə bu gün də bir qədər çökmə müşahidə olunub: “Təbii ki, müvafiq istismar müəssisəsi o ərazini nəzarətə götürüb. Orada hər hansı təhlükədən söhbət gedə bilməz. Ancaq hava şəraiti normallaşan kimi, biz həmin hissəni qazıb, hadisənin səbəblərini tapıb, orada lazımi tədbirlər görəcəyik. Məhz bundan sonra həmin yola asfalt-beton örtüyü vurulacaq”.

 

O, qeyd edib ki, yolu çökməsi nəticəsində yolda tıxac əmələ gəlsə də, müvafiq tədbirlər görüləndən sonra nəqliyyat sıxlığı aradan qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1828
avatar

Oxşar yazılar