Bakıya gələn yük maşını qəzaya uğradı
31 avqust 2019 19:15 (UTC +04:00)

Bakıya gələn yük maşını qəzaya uğradı

0
 
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkət edən 90-DH-986 ATEKO markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol arakəsməsi olan dəmiri qıraraq əks yol çıxıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yük maşınına və yol təsərrüfatına ziyan dəyib. Qəzaya səbəb havanın yağışlı olması bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar