Bakının mərkəzində qətl törətmiş şəxs tutulub
06 yanvar 2016 13:07 (UTC +04:00)

Bakının mərkəzində qətl törətmiş şəxs tutulub

Daxili İşlər Nazirliyi Bakıda qətl törətmiş şəxsin tutulması barədə məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 4-də Səbail rayonunun Bülbül prospektindən 25-30 yaşlı kişi ayaq nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və qanitirmədən ölüb.

 

DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilənin Füzuli rayon sakini Tural Abbasov olması müəyyən edilib və hadisəni törətmiş Şərur rayon sakini Sadiq Fətullayev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122

Oxşar yazılar