Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 2-də Səbail rayonunun Neftçilər prospektində yerləşən “Tornado” MMC-yə məxsus 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Məlikov və Fərahim Məmmədov saxlanılıb.
Araşdırma aparılır.