Bakıda 17 yaşlı oğlan intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə metronun "Sahil" stansiyasının qarşısında, Bülbül küçəsində baş verib. 1998-ci il təvəllüdlü Əliyev Rauf Cəfər oğlu çoxlu dəırman həbləriiçərək özünü zəhərləyib. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, 17 yaşlı oğlan bir müddət əvvəl sosial şəbəkədə birqızla tanış olub.Onlar bir müddət görüşsələrdəsonradan münasibətləri pozulub. Sevdiyi qızla ayrılığa dözə bilməyən R.ŞƏliyev isə küçədə nümayişkəranəşəkildə həyatına qəsd edib.