Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub. Lent.az-ın Anspress - ə istinadən verdiyi xəbərə görə, zavodun əməkdaşları dərhal polisə məlumat veriblər. Sursat qalıqları toplanaraq götürülüb.
ANS TV-nin məlumatına görə, Bakıda Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub.
“Təmiz Şəhər” Məişət Tullantılarının Çeşidləmə zavodunda iş prosesi zamanı ümumilikdə 10 növ təhlükəli əşya, silah və sursat aşkarlanıb. Həmin silah-sursat avqust ayı ərzində müxtəlif günlərdə aşkarlanıb və nəzarətə götürülüb.
Tapılan iki ədəd” F1” əl qumbarasının korpusu və alışqanları, 1 ədəd “Makarov” markalı pnevmatik tapança, 1 ədəd “Valtro” markalı tapança, iki ədəd avtomat darağı, bir ədəd patron qatarı, 162 ədəd 7.62 mm çaplı patronlar, eləcə də avtomat silahına və tapançalara aid müxtəlif çaplı patronlar tam döyüşə yararlıdır.
“Çeşidləmə prosesi zamanı bəzən tullantıların içərisində tulantı olmayan əşyalar tapılır. Onların arasında səndə daxil, müxtəlif, yəni qədim əşyalar da ola bilər. Eyni zamanda tulantılar arasından silah-sursat, eləcə də onların hissələri də tapılır. Son olaraq ümumilikdə 10 növdə - tapança daxil, müxtəlif çaplı patron və avtomat ehtiyyat hissələri və s. digər silahlar aşakar edilib”, - deyə “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Babayev bildirib.
Aşkar olunan silah və sursat “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.
Bakı şəhərindən toplanmış tullantılar gün ərzində “Təmiz Şəhər” ASC-nin çeşidlənmə zavoduna təhvil verilir.
Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur.
Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyəti üzrə təhvil verirlər.