Bakıda 5 avtomobil toqquşdu, <span style="color:red;">ölən piyada oldu
10 mart 2015 15:05 (UTC +04:00)

Bakıda 5 avtomobil toqquşdu, ölən piyada oldu

0

Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin küçədə  Samirə Usubovanın idarə etdiyi “Toyota” və Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Toqquşmadan sonra idarəetməni itirmiş S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb. Bu zaman avtomobil yolun kənarında dayanmış Abşeron rayon sakini Şöhrət Orucovu vurulub. Xəstəxanaya yerləşdirilmiş Ş.Orucov orada dünyasını dəyişib.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar