İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dan "APA-Economics"ə verilən məlumata görə, 2014-cü il noyabrın 1-də Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 1 500 manat məbləğində kompensasiya ödənişi verilib.
Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə 2015-ci il martın 6-da köçürülüb.