İstirahət günlərində Bakıda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 5-i saat 09:30 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Əsgər Məmmədovun idarə etdiyi «VAZ 2107» markalı və Əşrəf Zeynalovun idarə etdiyi «Zil» markalı avtomobillər toqquşub, nəticədə Ə.Məmmədov hadisə yerində ölüb.
Həmin gün saat 21:20 radələrində Qaradağ rayonu Dairəvi yolda Sumqayıt şəhər sakini Ceyhun Hüseynov idarə etdiyi «Mercedes» markalı avtomobillə Şəki şəhər sakini Sahib Mustafayevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Oktyabrın 5-i daha bir ağır qəza saat 23:30 radələrində Yasamal rayonu Zərdabi küçəsində qeydə alınıb. Bakı şəhər sakini Orxan Kərimov idarə etdiyi «VAZ 2107» markalı avtomobillə Əli Ərəbxanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.